SAYT RƏHBƏRİ EMİL MÜZƏFFƏRLİ NÜŞABƏ MUSAYEVANI SƏRT TƏNQİD ETDİ ‼
Son günlərdə ölkədə gündəm halına çevrilmiş Nüşabə Musayeva və media əməkdaşları arasında yaranan qalmaqal səngimək bilmir. Beləki Nüşabə Musayevanın "Xüsusi.tv" xəbər portalının Təsisçi və baş redaktoru Asim Abdullayevin İnstagram xəbər portalına qarşı etdiyi Kiber Cinayət hadisəsindən gedir. Müğənni etdiyi əməl azmış kimi hələ Jurnalist və media mənsublarını , sayt rəhbərlərini ələ salmağıda özünə rəva bilib.
Bu hadisələrlə bağlı "Newsinfo.az" saytının Təsisçisi Jurnalist Emil Müzəffərli Nüşabə Musayevanı sərt tənqid edərək bildirib. "İlk növbədə fikrimcə səhnədə tənqidə açıq olmayan insana müğənni statusu verilə bilməz. Həmkarım Asim Abdullayevə qarşı olunan bu özbaşına əməli sərt tənqid edirəm. Bəs siz mediada dost qazanmaq əvəzinə , mediaya qarşı ağlınıza gələn hərəkəti edəndə düşünmürdüz ki , eyni sizə cavab olaraq , media sizə qarşı çıxacaq ? Bundan əlavə olaraq media camiyasından tanıdığımız Blogger Ümid Kərimbəylinidə öz stori bölmənizdə Paylaşmağı unutmamısınız. Yəqin ki siz elə düşünürsünüz ki , siz deyəcəksiniz media susacaq , bir şeyi nəzərinizə çatdırmaq istəyirəm ki , Azərbaycan Respublikasında söz azadlığı var , vətəndaş belə tənqidi fikrini çatdıra bilər. Nüşabə xanım onu sizə bildirim ki , müğənni hansısa Qazi , şəhid ailəsinə şou proqram təşkil etməklə olmur. Bizim onlara borcumuz sonsuzdur və bu əlbəttə ki danılmaz faktdır. Lakin atalar demiş “Sol əlin verdiyini , sağ əl görməməlidir”. Görünəni isə budur ki , siz elə məhz hər probleminizdə mən qazilərin , şəhid ailələrinin yanındayam deyə deyə onların ətəyindən reytinq qazanırsız , buda bir Jurnalist olaraq bizim nəzərimizdən yayınmamışdır. Sizin bu əməlinizə görə sizi tənqid edən jurnalistləri və Bloggeri bu formada öz sosial platformalarınızda paylaşmaqla sadəcə özünüzə düşmən qazana və nələrinsə səmərəsinə qazandığınız reytinqi yerlə yeksan edə bilərsiniz ki , yavaş yavaş buna doğru gedirsiniz. Öz Hekayə bölmənizdə Həmkarım Asim Abdullayevin adresinə "Uşağım yaşdasan" deyə fikir bildirmisiz , onuda qeyd edim ki ataların gözəl bir sözü var "Ağıl yaşda deyil , başdadı". Sizi tənqid edən jurnalist barəsində "Sanki dilinin altında qənd var" deyə məsxərə etmisiniz. Bəs dilində , bədənində hər hansısa bir fiziki qüsur olan şəxsi məsxərəyə qoymaq özü böyük tərbiyəsizlik deyil mi ? Və yaxudda hansısa Bloggerin sosial nüfusuna xətər yetirmək özü bir hegomonluq deyil mi ? Sonda isə qeyd etmək isdəyirəm ki , bu yazdıqlarım tənqid məqsədi ilə yazılsa belə acı həqiqətdir , həqiqətlər isə qaçınılmaz olur... Sizə isə bir səhnə adamı kimi söz tapıb deyə bilmirəm - ƏCƏB İŞDİR VALLAH..