İmtahanlarla bağlı dələduzluq: “Ballara müdaxilə ediləcəyi vəd edilir”
“Son vaxtlar bir sıra dələduz müxtəlif adlar altında vətəndaşları, əsas da imtahan iştirakçılarını aldatmağa cəhd göstərir”
Bu sözləri təhsil eksperti Elçin (Əfəndi) Əfəndiyev qeyd edib.
Ekspert bəzi sadəlövh vətəndaşlar qurulan bur tora düşürlər və anlayanda onlar üçün gec olduğunu bildirib:
“Belə ki, bu dələduzlar onlara imtahan suallarını verəcəklərini, imtahan ballarına müdaxilə edərək artıracaqlarını, imtahana buraxılış vərəqində istədiyi yerdə əyləşə bilməsi üçün sıra və yeri dəyişə biləcəyini və s. vədlərini verərək öncədən pul tələb edirlər. Təəssüf ki, bəzi sadəlövh vətəndaşlar qurulan bur tora düşürlər və anlayanda onlar üçün gec olur.
Nəzərə çatdırım ki, Dövlət İmtahan Mərkəzi xüsusi dövlət mühafizəsindədir. Ən ciddi qorunan obyektlədən biridir. Kibertəhlükəsizlik yüksək səviyyədədir. Hər hansı kənar müdaxilə mümkün deyil. Ona görə də vətəndaşlar diqqətli olmalıdır. Dələduzlardan uzaq durmağa çağırıram”, - deyə ekspert fikrini tamamlayıb.