cəmi̇yyət
Asılı vəziyyətdə meyiti tapılan şəxslə bağlı YENİ DETALLAR
Zaqatalada intihar hadisəsi baş verib.
Məlumatı görə, hadisə bu gün səhər saat 6 radələrində rayonun Mazıx kəndində qeydə alınıb.
Kənd sakini 1992-ci il təvəllüdlü Murtuz Mohuma oğlu Həsənovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağından asılı vəziyyətdə atası tərəfindən aşkar edilib.
İlkin araşdırma zamanı M. Həsənovun intihar etdiyi məlum olub.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır. Gənc oğlanın intihar etməsi ilə bağlı yeni detallar üzə çıxıb.
Murtuz Həsənov son vaxtlar depressiyada olub. Buna səbəb isə iki dəfə uğursuz evliliyi olub. Mərhumun birinci həyat yoldaşından bir övladı var.
Faktla bağlı araşdırma aparılır.
"Bakufakt.az"