Azad Media Susdurula Bilməz!
Abşeron rayonu Xırdalan şəhəri 17 saylı uşaq bağçası müdirəsi  Məhərrəmova Fəranə  açıqlama.
cəmi̇yyət

Abşeron rayonu Xırdalan şəhəri 17 saylı uşaq bağçası müdirəsi Məhərrəmova Fəranə açıqlama.

Fəranə Məhərremova Səfər qızı 1972-ci il 22 Yanvar tarixində Xırdalan şəhərində anadan olmuşam. Xırdalan 1 saylı orta məktəbdə oxumuşam. Ali təhsilliyəm. 2000-2008-ci ilə qədər Xırdalan 2 saylı orta məktəbdə müəllimə olaraq çalışmışam. 2008-ci ildən Xırdalan 22 saylı uşaq bağçasında 16 il müdir vəzifəsində çalışmışam. Çalışdığım müddətdə daima uşaqların qayğısına qalmışam. Uşaqların sağlam qidalanmasına, düzgün tədrisin keçiriıməsinə önəm vermişəm. Həmişə valideynlər tərəfindən rəhbər olaraq sevilmişəm. Hal hazırda 2024-cü il 9 Aprel tarixindən Xırdalan 17 saylı uşaq bağçasına təyin olunmuşam. Gəldiyim ilk gündən məndən əvvəlki olan dövrdə yaranan ozbaşınalıqları, uşaqlara qarşı etinasız yanaşmanı, işçi heyətinin işə diqqətsiz yanaşmasının şahidi oldum. Kollektivi məhsuldar iş rejiminə dəvət etdiyim iclasda danışıqları səs yazılaraq öz istədikləri kimi düzəldib sosial şəbəkələrdə paylaşılıb. İşlədiyim illər ərzində uşaqları daim sevib, onların qayğısına qalmışam. Əmək kollektivinin üzvləri ilə bərabər vəhdət şəklində işləmək arzusunu dilə gətirərək onları uşaqlarımızın gələcəyi naminə bir yumruq aıtında birləşmək arzusunu reallaşdırmaq iatəmişəm. Bunun üzərində çalışıram, lakin maneələrlə qarşılaşıram. Müsbət dinamika görmürəm. Ümid edirəm ki, heç bir təzyiqlərə baxmayaraq əzmim və iradəmin sınmasına yol verməyəcəm.

www.bakufakt.az

 

Reklam ADS