Azad Media Susdurula Bilməz!
Bələdiyyə torpağını özbaşına tutan fermerə elektron qolbaq taxıldı
cəmi̇yyət

Bələdiyyə torpağını özbaşına tutan fermerə elektron qolbaq taxıldı

 

Gəncə Apellyasiya Məhkəməsində torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada təqsirləndirilən Mahir Muradovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Mahir Muradov 2021-ci ilin payız aylarından 2022-ci ilin payız aylarınadək olan müddətdə Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin mülkiyyətinə aid 1,46 hektar ərazisi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutub. Sonra Mahir həmin torpaq sahəsi üzərində buğda əkib-becərərək özbaşına əkin işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozub.

Şəmkir Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.

IRON MAX AZERBAIAN