Azad Media Susdurula Bilməz!
Bu şəxslərə sağlamlıq haqqında arayış verilməyəcək - XƏBƏRDARLIQ
cəmi̇yyət

Bu şəxslərə sağlamlıq haqqında arayış verilməyəcək - XƏBƏRDARLIQ

 

Məlum olduğu kimi, bu gündən işə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektron formada veriləcək. Maraqlıdır, yenilik bu sahəyə hansı dərəcədə təsir edəcək? Sözügedən sahələrdə elektron arayış zərurəti nədən yaranıb? 

Məsələ ilə bağlı  açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bir sıra vacib məqamlara aydınlıq gətirib: 

“Əslində, istənilən bir arayışın elektron formada verilməsi üçün şəxs barədə ilkin məlumatlar müəyyən bir proqramda mövcud olmalıdır. Yalnız bu qaydada hər hansı elektron arayış verilə bilər. Məsələn, sürücülük vəsiqəsi almaq istəyən adam qandan analiz verir. Onun qanında narkotik olub-olmaması yoxlanılır. Həmçinin, görmə qabiliyyəti, ağır xəstəliklərlə bağlı yoxlanış, nevroloji status və s. yoxlanılır. Bu arayış da sadalanan müayinələr və onların cavablarının toplanılması, araşdırılması əsasında təqdim edilir. Ona görə də, ürəyi istəyən hər kəs elektron formada arayış ala bilməz. İlkin məlumatlar bazası olmalıdır. Arayış almaq istəyən şəxs ilk növbədə müxtəlif müayinələrdən keçməlidir. İstənilən situasiyada bu arayışın verilməsi üçün faktoloji məlumatlar proqramda öz əksini tapmalıdır”. 

A.Qeybulla sistemin müsbət təsirlərindən də danışıb: 

“Bu sistem bütün sahələrdə normal tətbiq olunsa və çalışsa, mütləq qaydada öz müsbət təsirini göstərəcək. Beləliklə, insanlar da həmin yenilikdən mümkün qaydada faydalana biləcək”. 

IRON MAX AZERBAIAN