Kababı çörəklə yemək olmaz- Həkim
Kabab mövsümündə bu dadlı təamı nələrlə yeməməli olduğunuzu da bilməlisiz.
Çünki kabab özlüyündə həzm sistemi üçün ağır qidadır.
“Medicina” xəbər verir ki, dietoloq Tatyana Meşeryakova düzgün kabab yeməyin qaydalarını bölüşüb.
“Orqanizm üçün tam bişməmiş, eləcə də yanıb qızarmış ət yemək təhlükəlidir.
Bu yolla bədənə parazitlər və kanserogenlər düşür.
Təhlükəli kanserogen yaranmasın deyə, kabab açıq odda yox, folqada bişirilməlidir.
Kababla ağ çörək, meyvələr, meyvə şirəsi, qırmızı çaxır yol verilməzdir.
Ümumiyyətlə qırmızı ətdən istənilən yeməkləı çörək olmaz, bu həzmi ağırlaşdırır.
İsti, qaynar kababla soyuq buzlu içkilər də olmaz.
Soyuq sular ferment aktivliyini azaldır, yedikdə mədədə ağırlıq, köp yaranır, həzm gecikir.
Kababı sadəcə tərəvəz, göyərti ilə yeyin, sadəcə ilıq su için. Bu qaydalara uşaqlara öyrədin”.