Azad Media Susdurula Bilməz!
Fotolar paylaşandan sonra komitə ərazini piyadalara qaytarır - Bakıda
cəmi̇yyət

Fotolar paylaşandan sonra komitə ərazini piyadalara qaytarır - Bakıda

 

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 255 ünvanında səki daraldılır. 

Bununla bağlı fotolar sosial şəbəkələrdə paylaşılıb.

Səkinin bir hissəsinin "McDonalds" restoranlar şəbəkəsinin yeni açılan filialı üçün parkinqə çevriləcəyi güman olunur.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bildirildi ki, Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri şəhərsalma nəzarəti monitorinqi nəticəsində Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsi 255 ünvanında piyadalar üçün nəzərdə tutulmuş səkidə qeyri-qanuni parklanma yerlərinin yaradılması faktı aşkar edilib:

"Baş İdarənin çevik reaksiyası nəticəsində aidiyyəti orqanlarla birlikdə pozuntunun aradan qaldırılması və şəhərsalma standartlarına uyğun səkinin bərpası istiqamətində tədbirlər həyata keçirilib. Hazırda Baş İdarənin nəzarəti altında səkinin piyadaların istifadəsinə qaytarılması istiqamətində işlər davam edir", - deyə açıqlamada qeyd olunub.

Könül
Ölkə.Az

 

 

  •  
Reklam ADS