cəmi̇yyət
85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atılıb - VİDEO
Paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub.
Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar.
Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığını iddia edib:
“İki oğlum və yoldaşım rəhmətə gedib. İlham sonbeşikdir, Qarabağda döyüşlərdə iştirak edib. Bu gün səhər məni döydü, kürəyimi mətbəxin qapısına vurdu. Qulağımı cırdı, yumruqla başıma vurdu”.
Daha ətraflı vidematerialda: