Azad Media Susdurula Bilməz!
Efirdə dediyi sözlərə görə cəzalandırıldı
cəmi̇yyət

Efirdə dediyi sözlərə görə cəzalandırıldı

Xəzər Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş 1970-ci il təvəllüdlü Radifə Əliyevaya hökm oxunub. 

Masallı sakini Sabit Ağayev bildirib ki, qohumu Radifə Əliyeva “Space” TV-də yayımlanan verilişlərin birində onun ünvanına böhtan və təhqirlər səsləndirib.

O bildirib ki, bir neçə ildir Radifənin ailəsi ilə aralarında mülk üstündə narazılıq yaranıb. Buna görə R.Əliyeva bir neçə dəfə müxtəlif instansiyalara və mediaya müraciət edib. Son olaraq isə o, “Space” TV-də verilişə çıxaraq barəsində “çəkir, içir, butulkaları qonşunun həyətinə atır, 2017-ci ildə gecə vaxtı onların evinə 4-5 nəfərlə hücum edib qoca anasına ağır bədən xəsarətləri yetirib”, “cinayət törətmiş şəxs, ailəliklə həbsxanada yatmış şəxs, terrorist” və sair fikirlər səsləndirib.

O, Radifə Əliyevanın Cinayət Məcəlləsinin 147.2 və 148-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma və təhqir) maddələri ilə cəzalandırılmasını xahiş edib.

Radifə Əliyeva isə Sabitin onun atasına məxsus olan mülkü zorakılıq yolu ilə ələ keçirdiyini, anasına xəsarətlər yetirdiyini, sənədlərin saxtalaşdırılması yolu ilə torpaq sahəsini özününküləşdirdiyini deyib.

Məhkəmə R.Əliyevaya 147.2-ci maddə üzrə bəraət versə də, onu 148-ci, yəni təhqirə görə təqsirli bilib. Xəzərə Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə üç ay azadlığın məhdudlaşdırılması və 1000 manat cərimə cəzası verilib. Onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib.

IRON MAX AZERBAIAN