Azad Media Susdurula Bilməz!
Bayram günlərində təcili yardıma 10 mindən çox müraciət daxil olub - Statistika
cəmi̇yyət

Bayram günlərində təcili yardıma 10 mindən çox müraciət daxil olub - Statistika

 

Bayram günlərində təcili tibbi yardım xidmətinə 10 mindən çox müraciət daxil olub.

Bu barədə  TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Təcili tibbi xidmətinə 10.04.2024-14.04.2024-cü il tarixində 10 669 ümumi çağırış olub, onlardan 1 129-u hospitalizasiya edilib.

Çağırışların sayı ən çox 10.04.2024-cü il (ümumi çağırış sayı 2 154, hospital olunanların sayı 244 olmaqla), 14.04.2024-cü il (çağırış sayı 2 211, hospital olunanların sayı 234 olmaqla) qeydə alınıb.

Çağırış səbəbləri, əsasən, yüksək arterial təzyiq, kardioloji problemlər, müxtəlif növ travmalar, dispeptik əlamətlər, mövsümi respirator virus infeksiyaları və s. ilə bağlı olub.

IRON MAX AZERBAIAN