Evsizlərin əsas ümid yeri - “KASPİ”nin ARAŞDIRMASI + FOTO
Son vaxtlar əhalinin mənzil tələbatının ödənilməsində ipoteka kreditləri xüsusi rola malikdir. Biz tez-tez ipoteka şərtlərinin bir qədər də yüngülləşdirilməsi istiqamətində çağırışlar eşidirik.
Son zamanlar tez-tez ipoteka şərtlərinin bir qədər də yüngülləşdirilməsi istiqamətində çağırışlar edilir. Hətta məsələ Milli Məclisdə deputatlar tərəfindən də müxtəlif formalarda gündəmə gətirilir. Xüsusilə də evlərin bahalaşması fonunda mövcud ipoteka şərtlərinin qaneedici olmadığı bildirilir.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Mənzil baha, məbləğ az
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, ölkəmizdə son illər əmlak satışı daha çox ipoteka və bankdaxili kredit şərtləri əsasında satılır. Bakı və böyük şəhərlərdə əmlak qiymətlərinin ciddi şəkildə artması səbəbindən, xüsusilə güzəştli kreditlərlə ev alan şəxslər müəyyən çətinliklərlə üzləşirlər:
“Bankın ayırdığı limit və üzərinə əlavə edilən 15-20 faiz vəsaitlə əmlak bazarında mənzil tapa bilmirlər. Bakı ətrafında həmin məbləğə əmlaklar olsa da, alıcılar daha çox mərkəzə doğru, metro stansiyalarına yaxın ərazilərdə mənzillər axtarırlar. İpoteka predmetinə çevrilə bilən yenitikili binalarda qiymətlər kəskin şəkildə bahalaşıb. Köhnə tikililərdə, ən çox da doqquzmərtəbəli binalarda da qiymətlərdə artım müşahidə edilir”.