Azad Media Susdurula Bilməz!
Bakıda kanalizasiyada partlayış - Bir nəfər öldü
cəmi̇yyət

Bakıda kanalizasiyada partlayış - Bir nəfər öldü

Bakının Xəzər rayonunda ölümlə nəticələnən hadisə baş verib.

Hadisə Binə qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Mehrəliyev Şahid Ədalət oğlu yeraltı su kanalizasiya xəttində iş görən zaman ordan keçən qaz borusunda sızma olub. Nəticədə partlayış baş verib.

Ş.Mehrəliyev ayaq sümüklərinin sınığı, açıq kəllə beyin travması və üz yanığı diaqnozu ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Fakt araşdırılır.

"Bakufakt.az"

Reklam ADS