Azad Media Susdurula Bilməz!
Taksilərin sayı süni şəkildə azaldılsa, camaat küçələrdə qalacaq - AÇIQLAMA
cəmi̇yyət

Taksilərin sayı süni şəkildə azaldılsa, camaat küçələrdə qalacaq - AÇIQLAMA

Bakıda taskilərin sayı ona görə çoxdur ki, ictimai nəqliyyat əhalinin mobilliyinin təmin olunmasında öz işini görə bilmir.

BAKUFAKT.Az 
xəbər verir ki, Bu barədə nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

O bildirib ki, taksi çatışmayan ictimai nəqliyyatın işin görür.

"Taksinin sayı ona görə çox deyil ki, burada hanısa başqa maraq var. Hazırda taksiyə tələbat çoxdur. Taksi nəqliyyat xidmətidir və ehtiyac olduğuna görə taksilərin də sayı çoxdur.

Təklifi yaradan tələbdir və tələb də çox olduğuna görə təklif də var. Taksinin sayını ictimai nəqliyyatı təkmilləşdirməklə azaltmaq olar. Yoxsa süni şəkildə taksilərin sayını azalt və ictimai nəqliyyat da həmin vəziyyətdə qalsın, onda camaat küçələrdə qalacaq.

Ondan sonra qeyri-leqal daşımaların sayı artacaq, nəqliyyat daha pisləşəcək, vəziyyət daha da gərginləşəcək. Bundan əlavə insanlara maddi ziyan dəyəcək.

Yəni taksilərin sayı çoxdur, bunu azaldaq, filan şəhərdə taksi sayı bu qədərdir, bizdə də olsun. Belə olmur. Filan şəhərdə metrostansiyalarının sayı Bakıdan 10 dəfə çoxdur. Avtobus marşrutlarının sayı Bakıdan dəfələrlə çoxdur, tramvaylar var və ona görə də taksilərin sayı azdır. Bakıda isə vəziyyət başqa cürdür. Taksilərin sayının azaldılması nəqliyyatla bağlı problemləri artıracaq, vəziyyəti gərginləşdirəcək.

Taksilərin sayının azalması ancaq ictimai nəqliyyatın inkişafı ilə mümkün ola bilər. Əhalinin mobilliyini alternativ, daha səmərəli yollarla təmin etmək mümkün olanda, taskilərin sayı öz özünə azalacaq", - deyə Ə.Hüseynov əlavə edib.

IRON MAX AZERBAIAN