XARİCİ MƏNBƏLƏR
Bennet ölümlə hədələndi
İsrail polisi və Baş Təhlükəsizlik Xidməti (SHABAK) baş nazir Naftali Bennetə qarşı təhdidləri araşdırır.
Bu barədə aprelin 26-da məlumat verilib.
Bildirlib ki, Bennettin qohumlarından birinin içində odlu silah gülləsi və ölüm hədəsi olan məktub aldıqdan sonra istintaq başlanıb.
Qeyd olunub ki, məktub hökumət başçısının ailəsi ilə birlikdə yaşadığı Raananaya gəlib. Lakin Bennett özü məktub almayıb.
Real təhdid səbəbindən Bennett və ailəsinin təhlükəsizliyi gücləndirlib.