Azad Media Susdurula Bilməz!
“Azərbaycan dostumuz, İsrail isə...” - Trampın oğlu
XARİCİ MƏNBƏLƏR

“Azərbaycan dostumuz, İsrail isə...” - Trampın oğlu

ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp ABŞ Konqresində Bakının baş sefard ravvini Zamir İsayev ilə görüşüb.
 

"Bakufakt" xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. 

Görüş iyulun 14-də ABŞ-ın müstəqilliyinin 250 illiyinə həsr olunmuş tədbir çərçivəsində baş tutub. 

Tədbirə ABŞ-la dost münasibətlərə malik ölkələrin nümayəndələri, o cümlədən Azərbaycanın nümayəndə heyəti də dəvət olunub. Heyətdə ravvin Zamir İsayev və “Azərbaycanın Bibliya Cəmiyyəti”nin rəhbəri Rasim Xəlilov yer alıb.

Məlumata görə, Erik Tramp görüş zamanı bildirib ki, Azərbaycan ABŞ-ın dostu, İsrail isə müttəfiqidir.

O, hər iki ölkə ilə münasibətlərin əhəmiyyətini vurğulayıb.

Ravvin isə Erik Trampa bildirib ki, Azərbaycandakı yəhudilər təhlükəsizlik şəraitində yaşayırlar, dini etiqad azadlığından istifadə edirlər və həm dövlətin, həm də cəmiyyətin dəstəyi sayəsində antisemitizmlə üzləşmirlər.

Erik Tramp həmçinin Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış sazişə toxunaraq, TRIPP regional nəqliyyat layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid etdiyini bildirib.

“Ümid edirəm ki, bu layihə bölgəyə hamının gözlədiyi sülhü gətirəcək,” – deyə o qeyd edib.

Görüşün sonunda Zamir İsayev Erik Trampa İsrailə və Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib və üç ölkə arasında əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

IRON MAX AZERBAIAN