Azad Media Susdurula Bilməz!
İran TŞ təlimat verdi: "KİV-lər bu məlumatları YAYMASIN!"
XARİCİ MƏNBƏLƏR

İran TŞ təlimat verdi: "KİV-lər bu məlumatları YAYMASIN!"

Mediadan mülki infrastruktura dəyən ziyanın detallarını, dağıntıların miqyasını və hücumların xidmət göstərilməsi prosesinə təsirini açıqlamaqdan çəkinmələri tələb olunur.

"Bakufakt" xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının təlimatında deyilir.

Təlimatda "müharibə şəraitinin davam etməsi və miqyasının genişlənməsi ehtimalı" əsas tutularaq bildirilib ki, ölkə mediası düşmən hücumları barədə məlumat yayarkən "həyati əhəmiyyətli məlumatları yaymaqdan çəkinmək", "əhali arasında qorxu və təşviş yaratmaqdan yayınmaq" və "düşmənin dağıntılar törətməkdə və ya xidmət göstərilməsi prosesinə təsir etməkdə qazandığı uğurun miqyası kimi təfərrüatlara toxunmaqdan çəkinmək" prinsiplərinə əməl etsin.

Təlimatda həm də vurğulanıb ki, infrastruktura ziyan dəydiyi və xidmətlər sahəsində fasilə yarandığı təqdirdə "araşdırılır və nasazlıq aradan qaldırılır" kimi ifadələrdən istifadə olunsun və dağıntıların təfərrüatları qabardılmasın.

Mətndə qeyd olunub ki, "həlak olan mülki şəxslərin" statistikasını elan etmək üçün rəsmi və istinad edilə bilən mənbə hələ də İran Səhiyyə Nazirliyidir.

IRON MAX AZERBAIAN