Azad Media Susdurula Bilməz!
Bələdiyyə sədrinə 263 ilədək həbs istənilir
XARİCİ MƏNBƏLƏR

Bələdiyyə sədrinə 263 ilədək həbs istənilir

Türkiyənin Bolu şəhərinin vəzifədən uzaqlaşdırılan bələdiyyə sədri Tanju Özcan da daxil olmaqla, 19 müttəhim barəsindəki ittihamnamə məhkəmə tərəfindən qəbul edilib.

Bakufakt.az xəbər verir ki, Bolu 3-cü Ağır Cəza Məhkəməsinin qəbul etdiyi 178 səhifəlik sənəddə keçmiş bələdiyyə sədrinin rüşvət, dələduzluq və hədə-qorxu ilə tələb etmə cinayətlərinə görə ümumilikdə 90 il 3 aydan 263 il 6 aya qədər azadlıqdan məhrum edilməsi istənilir.

Ümumilikdə 41 zərərçəkmişin olduğu cinayət işi üzrə ilk məhkəmə prosesi iyulun 6-da keçiriləcək.

IRON MAX AZERBAIAN