XARİCİ MƏNBƏLƏR
Məktəbin bombalanması nəticəsində ölən 160 şagirdə məzar qazıldı - FOTO
“Bunlar ABŞ-İsrail ibtidai məktəbinin bombalanması nəticəsində həlak olan 160-dan çox günahsız gənc qız üçün qazılan məzarlardır”.
Bakufakt.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında yazıb. Məzarların fotosunu paylaşan nazir əlavə edib:
“Onların cəsədləri parça-parça edilib.
Cənab Trampın vəd etdiyi "xilas" reallıqda belə görünür.
Qəzzadan Minaba qədər günahsız insanlar soyuqqanlılıqla qətlə yetirilib”, - o bildirib.

