Azad Media Susdurula Bilməz!
Türkiyə serialında Sara xatun obrazı: botoksları tənqid edildi - FOTO
XARİCİ MƏNBƏLƏR

Türkiyə serialında Sara xatun obrazı: botoksları tənqid edildi - FOTO

Türkiyənin "TRT 1" kanalında yayımlanan “Mehmet: Fetihler Sultanı” serialının 3-cü sezonunda yeni tarixi şəxsiyyətin obrazı daxil ediləcək.

Bakufakt.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Birsen Altuntaş məlumat yayıb. O, serialda Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara Xatunun olacağını yazıb.
Jurnalist sözügedən rolun “Yeşilçam”ın aktrisası Selma Güneriyə təklif edildiyini bildirib.

Tarixi şəxsiyyəti canlandırlması gözlənilən aktrisanın botokslu olması isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Sosial şəbəkə istifadəçiləri biri sözügedən xəbərə “kimsə şərəfi ilə qocalmadığı üçün tarixi seriallar estetikli, botokslu qadınlarla doludur” “sadə biri olmalıdır, bu çox botoksludur”, “tarixdə bu qədər botokslu qadın var idimi?” və s. şərhlər yazıblar.

Qeyd edək ki, Sara xatun Azərbaycanın ilk diplomat qadını sayılan şəxsdir. O, Cəlaləddin Əli bəyin həyat yoldaşı, Uzun Həsənin və Cahangir Mirzənin anası olub.

IRON MAX AZERBAIAN