XARİCİ MƏNBƏLƏR
“Yaprak dökümü”nün aktrisası vəfat etdi - FOTO
Məşhur türkiyəli aktrisa Bedia Ener vəfat edib.
Bakufakt.az xəbər verir ki, bu barədə aktrisanın sosial media hesabında paylaşım edilərək, "Sağ olun, mən mələk oldum" deyə yazılıb. O, 70 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Bedia Ener "Yaprak dökümü" serialında canlandırdığı "Neyyir" obrazı ilə tanınıb. O, son olaraq "Duy beni" serialında çəkilib.