XARİCİ MƏNBƏLƏR
İndiki insanlar keçmişdəkilərdən daha ağıllıdır - ARAŞDIRMA
Hazırkı dövrdə insanlar əvvəlki nəsillərə nisbətən daha ağıllıdırlar.
Bu barədə "The Economist" nəşrində dərc edilən məqalədə bildirilib.
Məqalədə deyilir ki, 72 ölkədə aparılan araşdırma 1948-2020-ci illər arasında insanların orta intellekt əmsalının (IQ) hər on ildə 2.2 bənd artdığını aşkarlayıb. Araşdırma alim Ceyms Flinn tərəfindən aparılıb.
İnsanların daha ağıllı olması daha yaxşı qidalanma və əqli cəhətdən stimullaşdırılma ilə əlaqələndirilir. Bildirilir ki, beynin inkişafı üçün düzgün qidalar və fəaliyyət lazımdır.
"Bugünkü uşaqlar keçmişdəkilərə nisbətən qidalanma çatışmazlığından daha az əziyyət çəkirlər və məktəbə getmə ehtimalları daha yüksəkdir", - məqalədə bildirilir.