Azad Media Susdurula Bilməz!
Daha bir yarış, daha bir  qələbə: Omar Borcəlidən təşəkkür
təşəkkür

Daha bir yarış, daha bir qələbə: Omar Borcəlidən təşəkkür

Ölkəmizdə idmanın inkişafına dövlət diqqət və qayğısı geniş vüsət alıb. Bunun nəticəsində idmançılarımız bir sıra yerli və beynəlxalq turnirlərdə əzmli qələbələr qazanıblar. İdman Azərbaycan bayrağının ucalarda dalğalanması, eləcə də sülh və barış üçün vasitədir.
Bu vasitədən istifadə edən azərbaycanlı idmançılar ölkəmizin idman şərəfini daim əzmlə qoruyurlar. Bu yolda qazanılan uğurlarda müxtəlif dövlət qurumlarının, ayrı-ayrı şəxslərin xüsusi xidməti var. 


Bu qəbildən olan yarışlardan biri də Kikboksinq narkomaniya və uşaq cinayətkarlığına qarşı 19-cu Respublika Çempionatı və birinciliyi olub. Dəfələrlə bu qəbildən yarışlarda qələbə qazanan yeniyetmə idmançı  Omar Borcəli bu dəfə də qaliblər sırasındadır. Omar Borcəli idmanın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, daxili İşlər naziri Vilayət Eyvazova, Daxili Qoşunların  komandanı Şahin Məmmədova, onun birinci müavini Tofiq Hüseynova, Daxili Qoşunların şəxsi heyətinə xüsusi təşəkkür edirəm. Həmçinin yarışın təşkil edilməsinə görə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev və Federasiyanın fəxri prezidenti Adil Əliyevə   Azərbaycan Kikboksinq Federasiyasınin hakimlər kollegiyasının sədri Aydın Ağabəyova təşəkkürünü bildirib:


Elm və Təhsil Nazirliyinin, həmçinin Gənclər və İdman Nazirliyinin rəhbərliyinə, Suraxanı rayon Gənclər İdman İdarəsinin rəisi Amil Ağayevə, S.S.Axundov adına 172 saylı məktəbin direktoru Vəfa Bağırovanın, sinif rəhbəri, müəllimə Şəhanə Rüstəmovaya göstərdiyi dəstəyə görə xüsusi təşəkkürünü bildirən idmançı deyib: 
“Bu gün qazandığım uğurların təməlində ailəmin qayğı və dəstəyi, müəllimlərinin əzmkarlığı, psixoloji və mənəvi dəstəyi dayanır. S.S.Axundov adına 172 saylı məktəbin direktoru Vəfa Bağırovanın, 6 'c' sinfinin rəhbəri, müəllimim Şəhanə Rüstəmovanın da bu qələbələrin qazanılmasında mənə böyük mənəvi dəstəyi olub. Onların hər birinə təşəkkür edirəm”.


Xatırladaq ki, yeniyetmə idmançı yarışda daxili qoşunların Vətən müharibəsində şəhid olan əməkdaşlarının xatirəsi üçün döyüşüb. O, qələbəsini xüsusi təyinatlı, şəhid Türkay Həsənliyə ithaf edib. O, T.Həsənlinin qəhrəmanlıqlarla dolu həyat və döyüş yolunu özü üçün istinad nöqtəsi kimi qəbul etdiyini bildirib.

Omar Borcəli  World Association of Kickboxing Organizations

YAP-Suraxanı RİH
XTQ idman Mərkəzi 2014-2025
DİN DQ XTQ 2020 - 66-Şəhid
Dəmir Yumruq İdman Klubu
S.S.Axundov 172 tam orta məktəb
WAKO CoacH 


 

IRON MAX AZERBAIAN