
Daxili İşlər Nazirliyinə Təşəkkür!
Mən, jurnalist Asim Abdullayev, 20.05.2024-cü il tarixində yaşadığım ərazidə – Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 14, Nərimanov heykəlinə yaxın hissədə baş vermiş təhlükəli hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etmişdim.
Sevindirici haldır ki, şikayətimə çox qısa müddət ərzində, yüksək operativliklə yanaşıldı. Gecə saatlarında etdiyim müraciətdən dərhal sonra, səhər saatlarında 26-cı polis bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər saxlanıldı və bu barədə mənə rəsmi şəkildə məlumat verildi.
Eyni zamanda, 26-cı polis bölməsinin Rəisi və Rəis müavini mənimlə şəxsən əlaqə saxlayaraq bölməyə dəvət etdilər. Saxlanılan şəxsin şəxsən özüm tərəfindən tanınaraq təsdiq olunması təmin edildi.
Bu hadisəyə göstərilən həssas yanaşmaya, sürətli reaksiya və təhlükəsizliyimin təmin olunmasına görə başda Daxili İşlər naziri cənab Vilayət Eyvazov olmaqla, 26-cı polis bölməsinin rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürümü bildirirəm.
Peşə fəaliyyətim və şəxsi təhlükəsizliyim baxımından bu dəstək mənim üçün çox önəmlidir. İnanıram ki, hüquq-mühafizə orqanlarımızın bu cür operativ fəaliyyəti vətəndaşların etimadını daha da gücləndirir.
Hörmətlə, Bakufakt.az
Asim Abdullayev