ŞOU BİZNES
Meyxanaçı Ağakərimin SON VƏZİYYƏTİ...
Bir müddət öncə insult keçirən məşhur meyxanaçı Ağakərimin (Kərim Novruzov) vəziyyətində irəliləyiş yoxdur.
Bu sözləri meyxanaçının oğlu Kamil Novruzov deyib:
“Atamın səhhəti olduğu kimi qalır. Müsbətə doğru irəliləyiş hiss olunmur. Həkimlər evə gəlir, müalicə yazıb yenə gedirlər”.
Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ildə beyninə qan sızıb. O vaxtdan yataq xəstəsidir. Onun yaddaşında və nitqində də problemlər var.