ŞOU BİZNES
Müğənninin konsertdən sonra vəziyyəti pisləşdi - xəstəxanaya yerləşdirildi
Türkiyəli məşhur müğənni Haluk Levent dünənki Antalya konsertindən sonra halı pisləşib. Sinə ağrısı və təngnəfəslik yaşayan Leventə dərhal xəstəxanaya aparılıb. Hazırda onun səhhətinin yaxşı olduğu bildirilir.
Mahnıları və xeyriyyə fəaliyyətləri ilə tanınan məşhur müğənninin xəstəxanaya düşməsi pərəstişkarlarını narahat edib.
Müalicəsi davam edən Leventin hələ də xəstəxanada olduğu öyrənilib. O, hələ də şəxsi sosial media hesablarından məsələ ilə bağlı açıqlama verməyib.