ŞOU BİZNES
Vüsalənin verilişindəki səhv müzakirələrə səbəb oldu
ATV telekanalında aparıcı Vüsalə Əlizadənin təqdimatında yayımlanan “7 canlı” verilişində buraxılan səhv müzakirələrə səbəb olub.
Veriliş zamanı aparıcı sənətçiləri sınağa çəkərək onlardan atalar sözlərinin düzgün formasını soruşub, lakin proqramın yaradıcı heyəti özü səhvə yol verib. Belə ki, studiyadakı monitorda “səhv” sözü “səhf” olaraq yazılıb.
Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə tirajlanıb, yanlışlıq gülüşlə qarşılanıb.