Azad Media Susdurula Bilməz!
Elza Seyidcahandan yeni şeir - Kimlər gəldi mən verdim…
ŞOU BİZNES

Elza Seyidcahandan yeni şeir - Kimlər gəldi mən verdim…

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan yeni yazdığı şeirlə yenidən gündəm olub. O, həmin şeiri sosial şəbəkədə paylaşıb. 

Bakufakt.az"Əldən getdi" adlı şeiri təqdim edir: 

 

Əldən getdi

 

Kimin üçün isə

 

Həmişə özümü qorumuşam

 

Kimə görə isə

 

Həmişə onu soyutmuşam

 

Qorxutmuşam

 

Qovrulmuşam

 

Ancaq onu qorumuşam

 

Ona görə onu qorumuşam ki,

 

Gözəlliyim əldən getsin

 

Bir də gördüm

 

Qorumağa dəyməz artıq

 

Çünki hər şey əldən getdi.

 

Getdi, getdi, Nə qaldı ki, bu həyatda?

 

Kimlər getdi, kimlər qaldı

 

Kimlər yatdı, kimlər baxdı

 

Kimlər qaçdı, kimlər satdı

 

Kimlər yedi, kimlər acdı

 

Kimlər basdı, kimlər asdı

 

Kimlər aldı, kimlər verdi

 

Kimlər çaldı mən oyandım

 

Kimlər yazdı mən oxudum

 

Kimlər gəldi mən qaçdım

 

Kimlər gəldi mən satdım

 

Kimlər gəldi mən verdim

Reklam ADS