Azad Media Susdurula Bilməz!
Son üç sərhəd dirəyi də quraşdırıldı: ermənilər əraziyə buraxılmır - VİDEO
SİYASƏT

Son üç sərhəd dirəyi də quraşdırıldı: ermənilər əraziyə buraxılmır - VİDEO

 

Ermənistanla Azərbaycanın Qazax rayonu ərazisində Xeyrimli və ermənilərin Kirants kəndi arasında da sonuncu mübahisəli üç sərhəd dirəyi quraşdıırlıb.

Bakufakt.az xəbər verir ki, erməni mediasının yazdığına görə, sərhəd kəndin ortasından keçdiyindən kənd iki hissəyə bölünüb. 

Silahlı və maskalı sərhədçilər keçid məntəqələrinin yaxınlığında kənd sakinlərinə yaxınlaşmağa icazə vermir.

Sərhədlərin müəyyənləşməsi nəticəsində Gürcüstana gedən dövlətlərarası yolun Kirants hissəsində körpü Azərbaycan tərəfdən keçir. Hökumət yeni dolama yolun 2-3 aya çəkəcəyini açıqlayıb.

IRON MAX AZERBAIAN