Azad Media Susdurula Bilməz!
Səbaildə lüklər sürücülər üçün risk yaradır
şi̇kayət müraci̇ət

Səbaildə lüklər sürücülər üçün risk yaradır

Bakının Səbail rayonu ərazisində yollardan birində sürücülər üçün təhlükəli vəziyyət yaranıb.

Bildirilir ki, A.İsmayılov küçəsində yağış sularının axıdılması üçün nəzərdə tutulan lüklərin üstündə olan barmaqlıqlar düzgün quraşdırılmayıb. Bundan əlavə lüklərin ətrafında yaranmış çökmə də aradan qaldırılmır. Bu vəziyyət isə hərəkət iştirakçıları, xüsusilə sürücülər üçün ciddi təhlükə yaradır və qəza riskini artırır.

Məsələ ilə bağlı Bakufakt.az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə yağış barmaqlıqlarının ətrafındakı asfalt qatının bərpası üçün aidiyyəti üzrə müraciət olunub:

"Yaxın günlərdə məsələ öz həllini tapacaq".

IRON MAX AZERBAIAN