Sabunçuda yoldakı təhlükə nə vaxt aradan qaldırılacaq? - Sürücülərin ŞİKAYƏTİ
Bakının Sabunçu rayonu ərazisində yolda yaranmış təhlükəli vəziyyət sürücüləri narahat edir.
Bildirilib ki, Sabunçu qəsəbəsindən Bakıxanov istiqamətinə gedən yolun ortasında əmələ gəlmiş iri çuxur hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır: qəza riskini artırır və nəqliyyat vasitələrinə ziyan vurur.
Bakufakt.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib ki, qeyd edilən ərazidə yaxın müddətdə təmir işlərinin aparılması nəzərdə tutulur.

"Təmirə ehtiyacı olan bütün ərazilərdə təmir işləri icra olunur. Bu işlər mərhələli şəkildə aparılır və balansda olan bütün yolları əhatələyir. Təkcə ötən ay 90 min kvadratmetr sahədə təmir işləri görülüb. Bu ay da işlər davam etdirilir. Qeyd olunan ərazidə də yaxın müddət ərzində təmir aparılacaq", - deyə A. Nəcəfli bildirib.

