Azad Media Susdurula Bilməz!
Yasamal rayonunda yerləşən 32 saylı uşaq bağçası ətrafında qalmaqal davam edir. VIDEO
şi̇kayət müraci̇ət

Yasamal rayonunda yerləşən 32 saylı uşaq bağçası ətrafında qalmaqal davam edir. VIDEO

32 saylı bağçada aşpaz böhranı
Yasamal rayonunda yerləşən 32 saylı uşaq bağçası ətrafında qalmaqal davam edir. Belə ki, bağça rəhbərliyinin aşpazları qanunsuz olaraq işdən azad etdiyi bildirilir. O da vurğulanır ki, hazırda onların əvəzinə uşaqlara yeməyi bağçada çalışan iki əməkdaşın -Abasova Nigar Tahir qızı və Həsənova Nigar Məmməd qızının valideynləri bişirir. Amma həmin şəxslərin nə işə qəbulla bağlı əmrləri verilib, nə də bu işə uyğun olub-olmamaları ilə bağlı sağlamlıq arayışları təqdim olunub. 
Bu barədə redaksiyamıza işdən çıxarılan aşpaz məlumat verib. O deyib ki, bağça rəhbərliyi qanunları kobud şəkildə pozur: “İki il əvvəl bağçada işləyən aşpazlar Bakı Şəhəri üzər Təhsil İdarəsinin tabeliyindən çıxarılaraq “Depot” MMC-yə işə götürülüblər. Lakin ötən il dekabrın 30-dan həmin şirkət ləğv olunub və aşpazlar yenidən bağçaya qaytarılıb. Bildirilib ki, bağça rəhbərliyi işçiləri işlə təmin etməlidir. Lakin 32 saylı bağçanın əvəzedici direktoru Nurlanə Rzayeva nə onları işlərinə bərpa edir, nə də başqa iş verir”. 
Şikayətdə vurğulanıb ki, əməkdaşlar işdən çıxarılanda 3 ay müddətinə üçqat kompensasiyanı verməmək üçün Əmək Məcəlləsinin 68-ci maddəsinin 2A bəndi tətbiq olunub: “Aşpazlara  ərizə yazdırıblar, hətta onlar 5-6 yanvarda əmr olmadan işləyiblər. 7-9 yanvarda isə bağçanın xadimələri aşpazlıq ediblər. Hazırda isə əmək müqaviləsi olmadan iki işçinin anası orada qeyri-qanuni aşpazlıq fəaliyyəti ilə məşğuldur. İşdən çıxarılan aşpazlardan biri Vətən müharibəsi veteranının anasıdır, digər isə Birinci Qarabağ müharibəsi veteranının həyat yoldaşıdır”.

Şikayətçi bildirib ki,  bağçanın həkimi və əvəzedici direktoru Nurlanə Rzayeva məsələyə laqeyd yanaşır: 
“Uşaqlara aşpaz olmayan şəxslərin yemək bişirməsi yolverilməzdir. Uşaq bağçası xüsusi müəssisədir, uşaqların yeməyi xüsusi həssaslıq tələb edir. Hazırda bağçada aşpazlıq edən şəxslərin tibbi arayışı belə yoxdur. Nurlanə Rzayeva aşpazlara bildirib ki, onlar əvvəlki müdirin adamı olduğuna görə onları işə qəbul edə bilməz. Güya onlar yeməklərə nəsə qatıb uşaqları bilərəkdən zəhərləyə bilərlər. Bu qədər absurd iddia ola bilərmi? Bunu iddia edən müdir necə olur ki, xadimləri aşpazlıq etmək üçün mətbəxə buraxır? Yaxud tamamilə kənar şəxslərin aşpaz kimi işləməsinə şərait yaradır?
Bağçanın Xanım adlı həkimi də bütün baş verənlərə göz yumur, hansısa sağlamlıq kağızına əsaslanaraq onlara işləməyə icazə verildiyini deyir. Nurlanə Rzayeva qayda-qanundan danışır, iddia edir ki, aşpazlar nizam-intizam qaydalarını pozduqlarına görə işdən azad ediliblər. İşlədikləri müddət ərzində bir dəfə belə irad tutulmayan, töhmət almayan işçilər indi birdən-birə nizam-intizamı pozmuş oldular? Bəllidir ki, bunlar sadəcə bəhanədir”. 
O da bildirilib ki, müdir aşpazları işdən azad etmək üçün əvvəlcədən xüsusi tədbirlər görüb: “Məsələn, mətbəxə məhsullar gec verilib ki, yemək zamanında hazır olmasın və buna görə aşpazlar günahlandırılsın. Yaxud 46 uşağa keks bişirilməsi üçün cəmi 6 yumurta verilib və bunun mümkünsüz olduğunu bilə-bilə tələb ediblər. Bənzər vəziyyət digər bağçalarda da var”. 
Şikayətçilər bağçadakı vəziyyətin araşdırılması və işlə təmin olunmalarını tələb edirlər:"Bir neçə gün qanunsuz işlətdikləri işçiləri indi yəqin ki, artıq əmrləşdiriblər. Ancaq bağçada ciddi yoxlama aparılsa, bu faktı təsdiqləmək mümkün olar. Müşahidə kameralarında bunun təsdiqini görmək mümkündür".

IRON MAX AZERBAIAN