
Vətəndaşın 17000 manatını yalan vədlərlə ələ keçirən "Seyid Seymur" kimdir?
Redaksiyamıza şikayət müraciəti daxil olub. Müraciətdə adının çəkilməsini istəməyən vətəndaş iddia edir ki, yaxınları arasında "Seyid Seymur" kimi tanınan şəxs onu yüksək vəzifədə işə düzəltmək və övladını universitetə qeydiyyat etmək adı ilə 17.000 manatını mənimsəyib. Vətəndaş iddia edir ki, Seymur və dostu Əli tərəfindən şirnikləndirici vədlərinə aldanaraq ona 17.000 manat nağd pul verərək aldanıb. Xeyli müddət sonra aldadıldığını anlayan vətəndaş həmin şəxslərdən pulunu ala bilmir.
Vətəndaş son əlac kimi Daxili İşlər Nazirliyinə və başda Vilayət Eyvazov olmaqla hüquq-mühafizə orqanlarına müraciət edərək xaiş edir ki, bu məsələnin araşdırılmasına kömək edilsin:
"Cənab nazir, bu şəxslər barəsində qanuna müvafiq tədbir görülməsini xaiş edir, bu şəxslərin cəzalandırılmasına və pulumu geri almağıma yardım edilməsini xaiş edirəm."
www.bakufakt.az
Istinad ; BAKUNEWS.AZ