Azad Media Susdurula Bilməz!
Eşqin Cəlilov özü barəsindəki iddialara cavab verdi: “Mənə qarşı kampaniya aparır”
MÜSAHİBƏ

Eşqin Cəlilov özü barəsindəki iddialara cavab verdi: “Mənə qarşı kampaniya aparır”

Xəbər verdiyimiz kimi, redaksiyamıza müraciət edən Məmmədov Araz adlı şikayətçi daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək Cəlilov Eşqinin onu Dubaydakı evində dostuna etibarnamə verməyə məcbur etdiyini iddia edib.

O bildirib ki,  Eşqin Cəlilovun  əlindən onu Dubay polisi xilas edib və Moskva şəhərinə yola salıb. Şikayətçi bildirib ki, həmin etibarnamə vasitəsilə onun əmlakları Məhəmməd adlı şəxsə keçib.

İddialarla bağlı “Bakufakt.az” Eşqin Cəlilovun fikrini öyrənib.  

O bildirib ki, Araz Məmmədovun iddiaları həqiqətəuyğun deyil:

“Araz özü mənə müraciət etdi ki, mənə bilet al, Dubaya sənin  yanına gəlim. İlk olaraq onu deyim ki, Dubayda kimisə evdə zorla saxlamaq kimi məsələ ola bilməz. Araz deyir ki, guya polis müdaxilə edib və onu Moskvaya göndərib. Polis müdaxilə edibsə  və mən kimisə evimdə məcburi saxlamışamsa, mən indi evdə deyil, həbsdə olmalı idi. Çünki qanun hər şeydə üstündür”.

O ki qaldi etibarnaməyə, həmsöbətimiz bldirib ki, onun bu məsələyə heç bir aidiyyəti yoxdur:

“Telefondakı yazışmalar bunu sübut edir. O şəxs həmin etibarnaməni ləğv edib. Onu da qeyd edim ki, Araz dostu adlandırdığı Vüqar Çapayevin təzyiqlərinə məruz qalıb. Vüqarın mənə külli miqdarda borcu olduğuna görə Arazın vasitəsi ilə mənə qarşı qara kampaniya təşkil edir”.

Eşqin Cəlilov DİN-ə müraciət edərək Araz Məmmədovun əmlakarının yoxlanılmasını istəyib. Onun fikrincə, müvafiq yoxlama bir sıra məsələləri üzə çıxaracaq.

 

“Bakufakt.az 

 

Eşqin Cəlilov özü barəsindəki iddialara cavab verdi: “Mənə qarşı kampaniya aparır”

Eşqin Cəlilov özü barəsindəki iddialara cavab verdi: “Mənə qarşı kampaniya aparır”

Eşqin Cəlilov özü barəsindəki iddialara cavab verdi: “Mənə qarşı kampaniya aparır”

IRON MAX AZERBAIAN