Azad Media Susdurula Bilməz!
Rəşad Borcəliyev Səhiyyə Nazirliyinin 2 saylı KPX-nin əməkdaşlarına dərin minnətdarlığını bildirdi
MÜSAHİBƏ

Rəşad Borcəliyev Səhiyyə Nazirliyinin 2 saylı KPX-nin əməkdaşlarına dərin minnətdarlığını bildirdi

Dövlət qazilərə sahib çıxır: 2 saylı Psixiatrik Kliniki Xəstəxanada gördüklərim...

44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra müharibə iştirakçılarının müalicəsi, normal həyata dönüşünün təmini, onlara tibbi-psixoloji dəstəyin göstərilməsi dövlətin əlaqədar qurumları tərəfindən koordinasiyalı şəkildə həyata keçirilir. Müharibənin könüllü iştirakçısı, xüsusilə yardımların vaxtında ünvanlara çatdırılmasında üzərimə düşən vəzifəni Vətənə layiq şəkildə yerinə yetirməyə çalışan biri olaraq böyük Qələbəmizdən sonra digər müharibə veteranları kimi mən də savaş dövründə aldığım ciddi xəsarətlərin müalicəsi üçün mütəmadi olaraq tibb müəssisələrində müayinə və müalicələrə cəlb edilirəm.
Növbəti müalicəm 2 saylı Psixiatrik Kliniki Xəstəxanada aparıldı və müalicə müddətində şahidi olduqlarım bu yazını yazmağıma səbəb oldu.
Xəstəxanada müalicə aldığım müddətdə xəstələrin rəhbərlikdən tutmuş sıravi əməkdaşlara qədər bütün tibb personalının diqqət və qayğısı ilə əhatə olunduğunun şahidi oldum. Bu xəstəxana xüsusilə müharibədən sonra qazilərin ən çox müraciət etdiyi tibb müəssisələrindən biridir. 
Etiraf edək ki, müharibənin ağır-acısını, bütün dəhşətlərini görmüş, birbaşa şahidi olmuş veteranlar, qazilər xüsusi diqqət və qayğıya ehtiyacı olan kəsimdir. Bu baxımdan 2 saylı Psixiatrik Kliniki Xəstəxananın tibbi-sanitar personalı xüsusi peşəkarlıq nümayiş etdirir. Xəstəxananın baş həkimi İlqar Əfəndiyev bütün qaziləri xüsusi diqqətdə saxlayır, palatalarda onlarla görüşərək müalicənin gedişi ilə gündəlik olaraq maraqlanır. Xəstəxana rəhbərliyinin bu peşəkar davranışı bütün digər tibb personalı tərəfindən də davam etdirilir. 
Xəstəxananın şöbə müdiri Aynur Şəkiliyeva bütün xəstələr, xüsusilə döyüşlər zamanı ağır psixoloji sarsıntı keçirmiş qazilərlə şəxsən özü maraqlanır, müalicənin gedişini daim diqqətdə saxlayır, hər bir xəstəyə fərdi yanaşaraq müalicənin daha effektiv olması üçün qüvvələri səfərbər edir. Aynur Şəkiliyeva pasientlərə peşəkar psixiatr xidməti göstərərək onların müalicəsində böyük uğurlar əldə edir. Xəstəxananın psixiatrı Mədinə Zülfüqarova təhkim olunduğu pasientlərlə təkcə həkim kimi deyil, sanki doğma insanı, ailə üzvü kimi davranaraq onların müalicə və reablitasiyası üçün əsl peşəkarlıq nümayiş etdirir. Müharibənin bütün ağrı-acısını yaşamış qazilərlə xüsusi davranış sərgiləyən Mədinə Zülfüqarovanın peşəkarlığı qısa müddətdə öz müsbət nəticəsini verir. Öz peşəkarlığı ilə pasientləri düşdükləri ağır vəziyyətdən qısa müddətdə çıxarmağı bacarır. 
Xəstəxananın baş tibb bacısı Nəzakət Hacıyevanın müharibə iştirakçılarına, qazilərə olan xüsusi münasibəti bütün müalicə və reablitasiya dönəmində özünü göstərir. Xəstəxanada olduqları müddətdə bütün pasientlər baş tibb bacısı Nəzakət Hacıyevanın qayğısını hiss edir, bu isə müalicə prosesinin gedişində qısa müddətdə müsbət təsirini göstərir.
Ümumilikdə, 2 saylı Psixiatrik Kliniki Xəstəxanada tamamilə peşəkar atmosfer hökm sürür. Başda İlqar Əfəndiyev olmaq xəstəxananın tibbi-sanitar personalı öz fəaliyyətlərini ölkə rəhbəri, Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin müharibə iştirakçıları, Qarabağ qaziləri ilə bağlı tapşırıq və təlimatlarına uyğun şəkildə qurur. Xəstəxanaya müayinə və müalicə üçün müraciət edən bütün pasientlər, onların yaxınları və ailə üzvləri dövlətin torpaqlarımızın işğaldan azad olunmasında öz canını qurban verməyə hazır olan qazilərə yönəlik diqqət və qayğısını hiss edirlər. Bu, müharibənin ağrı-acısını yaşamış hər bir veteran, hər bir qazi üçün xüsusilə önəmlidir. Müharibədən sonrakı həyatlarında həm fiziki, həm mənəvi olaraq dəstəyə ehtiyacı olan bu qrup üçün bəzən bir söz belə həyata tutunmaq üçün önəmlidir. Müharibə iştirakçısı olaraq şəxsən öz adımdan dövlətimizə və 2 saylı Psixiatrik Kliniki Xəstəxananın rəhbərliyinə, bütün kollektivinə təşəkkür edirəm. 
Bu xəstəxanada müalicə olunduğum müddətdə şahid olduqlarımı bircə cümlə ilə ifadə etmək istərdim:Bu Vətən və bu Dövlət öz qazisinə sahib çıxır.


Rəşad B. B
Könüllü müharibə iştirakçısı, tağım komandiri, jurnalist

Rəşad Borcəliyev Səhiyyə Nazirliyinin 2 saylı KPX-nin əməkdaşlarına dərin minnətdarlığını bildirdi

Rəşad Borcəliyev Səhiyyə Nazirliyinin 2 saylı KPX-nin əməkdaşlarına dərin minnətdarlığını bildirdi

Rəşad Borcəliyev Səhiyyə Nazirliyinin 2 saylı KPX-nin əməkdaşlarına dərin minnətdarlığını bildirdi

Reklam ADS