Azad Media Susdurula Bilməz!
Binəqədidə 2 000 manatlıq velosipedin oğurlandığı iddia olunur – Şübhəli şəxs kameraya düşüb
KRİMİNAL

Binəqədidə 2 000 manatlıq velosipedin oğurlandığı iddia olunur – Şübhəli şəxs kameraya düşüb

Bakıda velosiped oğurluğu ilə bağlı iddialar gündəmə gəlib.

İddiaya görə, Binəqədi rayonu, Hökməli qəsəbəsində təxminən 2 000 manat dəyərində velosiped oğurlanıb. Hadisənin müşahidə kameraları tərəfindən qeydə alındığı bildirilir.

Zərərçəkən tərəfin iddiasına əsasən, oğurluq hadisəsini törətdiyi ehtimal olunan şəxs Fətəliyev Samir kimi təqdim edilir. Hadisə ilə bağlı videogörüntülərin hüquq-mühafizə orqanlarına təqdim ediləcəyi qeyd olunur.

Zərərçəkən məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edərək hadisənin hərtərəfli araşdırılmasını, videogörüntülərin yoxlanılmasını, hadisəni törədən şəxsin müəyyən edilərək qanunamüvafiq tədbirlərin görülməsini və oğurlanmış əmlakın sahibinə qaytarılmasını xahiş edir.

IRON MAX AZERBAIAN