Azad Media Susdurula Bilməz!
Müəllimlərin işə qəbulu ilə bağlı 160 minlik DƏLƏDUZLUQ
KRİMİNAL

Müəllimlərin işə qəbulu ilə bağlı 160 minlik DƏLƏDUZLUQ

Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Məlahət Mustafayeva, Tahirə Şamilova və Təranə Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakufakt.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, iş üzrə təqsirləndirilən Məlahət Mustafayeva, Tahirə Şamilova və Təranə Cəfərova barəsində 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb. Hökmə əsasən, Tahirə Şamilova və Təranə Cəfərovanın cəzası şərti sayılıb.

Qeyd edək ki, ittihama görə, Binə qəsəbəsində yerləşən 149 saylı orta məktəbin müəllimi Təranə Cəfərova digər təqsirləndirilən şəxslərlə cinayət əlaqəsinə girib, bir qrup müəllimə qarşı dələduzluq edib.

İttihama görə, Təranə Cəfərova zərərçəkmiş şəxslərə Tahirə Şamilova və Məlahət Mustafayevanın Elm və Təhsil Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olduğunu deyib, onların inamını qazanmağa nail olub. Onlar müəllimlərin işə qəbul edilməsinə, imtahanda yüksək bal toplamalarına, iş yerləinin dəyişdirilməsinə, ali məktəbə qəbula dair yalan vədlər veriblər.

İstintaq sənədlərində göstərilib ki, onlar zərərçəkənlərdən külli miqdarda pul alıblar.

Cinayət işi üzrə ziyanın ümumi məbləği 160 min 500 manat həcmindədir.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan olunub 

IRON MAX AZERBAIAN