Azad Media Susdurula Bilməz!
Bakıda sərxoş dostlar arasında dava ölümlə nəticələndi - TƏFƏRRÜAT
KRİMİNAL

Bakıda sərxoş dostlar arasında dava ölümlə nəticələndi - TƏFƏRRÜAT

Bakıda qətl hadisəsi törədilib.

Bakufakt.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunun Qara Qarayev prospekti, Ş.Mirzəyev küçəsində baş verib.

Prospekt ərazisindəki obyektlərdən birində dörd nəfər birlikdə yeyib-içiblər. Daha sonra həmin şəxslər arasında gərginlik yaranıb. Onlar küçəyə çıxaraq mübahisəni davam etdiriblər. Bu zaman Kamran Əhmədovla dostu Emil Əmirbəyov bir-birlərini bıçaqlayıblar. Nəticədə E.Əmirbəyov hadisə yerində ölüb, K.Əhmədov isə ağır xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

IRON MAX AZERBAIAN