KRİMİNAL
Azərbaycana narkotik gətirən əsas adam tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
Polis və sərhədçilər tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə birgə əməliyyat keçirilib.
DİN mətbuat xidmətindən Bakufakt.az-a verilən xəbərə görə, tədbir zamanı oğurluq və xuliqanlıq cinayətlərinə görə əvvəllər məhkum olunan Eldar Cəfərli saxlanılıb. Ondan 28 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Eldar Cəfərlinin ölkəyə qaçaq yollarla narkotik vasitələr gətirən əsas şəxslərdən biri olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

