
KRİMİNAL
Məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü həbs edildi
Bakı şəhərində məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunub.
Bakufakt.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı Yasamal rayonu ərazisində “BYD” markalı, 77-VK-571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin Oruczadənin hazırlığa apardığı şagirdə qarşı etik normalara zidd davranış etdiyi müəyyən edilib və o saxlanılıb.
E.Oruczadə müvafiq qərarla həbs olunub.