Azad Media Susdurula Bilməz!
Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA
KRİMİNAL

Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA

Türkiyədə Azərbaycan vətəndaşı olan 25 yaşlı tələbə döyülərək ona qarşı əxlaqsız hərəkətlər edilib. 

Bakufakt.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Zonquldak şəhərində qeydə alınıb. 

Sözügedən tələbəni girov saxlayan dəstə üzvlərinin məhkəməsi artıq yekunlaşıb. Zonquldak 3-cü Ağır Cinayət Məhkəməsi dəstənin 6 üzvünü qanunsuz azadlıqdan məhrumetmə, qanunsuz silahlı dəstə qurma, hədə-qorxu ilə tələb etmə kimi əməllərdə təqsirli bilib.

Qeyd edilib ki, Azərbaycan vətəndaşı olan 25 yaşlı şəxs 2 il əvvəl narkotik vasitələrin satışı ilə məşğul olan dəstəyə qoşulub. Lakin bir müddət sonra onu polis yaxalayıb və dəstə üzvləri tərəfindən verilmiş qanunsuz silahı hüquq-mühafizə orqanları götürüb. Bundan sonra dəstə üzvləri 25 yaşlı şəxsi cəzalandırmaq qərarına gəlib. Onu qapalı yerə salaraq döyüblər, həmçinin əxlaqsız hərəkətlər edərək videoya çəkiblər.

Məhkəmənin hökmü ilə dəstənin rəhbəri olan A.K 40 il həbs cəzasına məhkum edilib. Digər dəstə üzvlərindən M.A 31 il 8 ay, S.K 8 il 6 ay cəza alıb. Digər 3 nəfərdən ikisinin polisin nəzarəti altında qalmasına, birinin isə tamamilə sərbəst buraxılmasına qərar verilib.



IRON MAX AZERBAIAN