
Azərbaycanda onlayn oyunlarla insanları müflis edən şəxs kimdir?
Azərbaycanda qanunsuz qumar oyunlarından külli miqdarda qazanc götürən və bunun müqabilində yalançı vədlərlə başqalarının pulunu mənimsəyən, onları aldadan, sələmə pul götürməyə vadar edən şəxslərlə bağlı zaman-zaman məlumatlar yayılır. Bu kontekstdə şikayətlərdən birinin müəllifi Məlikov Vüqar Eldar oğlu redaksiyamıza müraciət edərək ciddi araşdırma aparılacağı təqdirdə bir çox məsələlərin üstünün açılacağını bildirib.
Şikayətçi daxili işlər naziri Vilayət Eyvazova və baş prokuror Kamran Əliyevə müraciət edərək Paşayev Fərid Məmmədtağı oğlu barədə araşdırma aparılmasını istəyib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi müqafiq araşıdırma aparacağı təqdirdə Paşayev Fərid Məmmədtağı oğlunun bütün qanunsuz əməlləri üzə çıxacaq: “Bu şəxs mənim kimi bir çoxlarını olduqca çətin vəziyyətə salıb, maddi-mənəvi büyük ziyana məruz qalmışıq. Azərbaycanda qadağan olunan onlayn oyunlarla məşğuldur, Gürcüstan və digər ölkələrdə kazino oyunlarına kod verəcəyini vəd edərək bir çox şəxsi müflis edib. Bunun müqabilində qazandığı vəsaitlə çox sayda bağ evləri, hündürmərtəbəli binalarda mənzillər, avtomobillər alıb.124 nömrə nişanlı avtomobillərin hamısının ona məxsus olduğu deyilir. Əgər araşdırma aparılsa, onun qanunsuz gəlir mənbələri üzə çıxar”.
O bildirib ki, Paşayev Fəridin qurduğu sistem belə işləyir:
“Əvvəlcə toruna saldığı şəxslərə onlayn kazinolarda kod verir. Həmin şəxsləri uduzdurur və uduzan şəxslər kod üçün ödəməli olduqları məbləği yüksək faizi ilə birlikdə həmin şəxsdən sələmə götürməli olurlar. Yəni insanları bilərəkdən borca salır. Beləliklə, insanlar külli miqdarda borclanır, müflisləşirlər”.
“Azərbaycnada belə oyunlar qanunla qadağandır, ancaq Paşayev Fərid qanunsuz olan bu yolla insanları müflisləşdirir, borca salır, heç kəsdən çəkinmədiyini bildirir. Əminəm ki, onun qazancının mənbəyi araşdırılsa, həqiqət üzə çıxacaq və Paşayev Fəridin onlarla insanın həyatını alt-üst edən qanunsuz əməllərinə son qoyulacaq”.
Şikayətçi bildirib ki, Paşayev Fəridin bu əməlləri törətməsinə şərait yaradan, ona kömək edən şəxslər var. Bu şəxslər arasında polis əməkdaşlarının adı xüsusilə hallanır:
“Bu işlərdə ona kömək edən polis əməkdaşları var. Səbael rayonunda bununla bağlı mənə cinayət işi açıblar, sələmə pul veriblər. Səbael rayonun Polis İdarəsində Fərid Paşayevin bu əməlləri törətməsinə kömək edən şəxslərin adları mənə məlumdur, aralarında idarə rəisləri də var. Onlardan başqa, polisdə işləyən bibisi oğlu, dostları Fərid Paşayevin qanunsuz əməllərinə ortaq olur, onun əməllərini ört-basdır edirlər. Bu şəxslərin də adlarını açıqlaya bilərəm”.
www.bakufakt.az