
KRİMİNAL
Qalmaqallı deputat azadlığa çıxdı
Milli Məclisin sabiq deputatı Eldəniz Səlimov azadlığa çıxıb.
Bakufakt.az xəbər verir ki, E. Səlimovun bu gün cəza müddəti başa çatıb və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən E.Səlimov 2021-ci ilin dekabrında 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.