Səhiyyə Nazirliyi nin "bizə aid deyi"l dediyi gondəriş
Bu göndəriş guya Səhiyyə nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaq pediatriya institutu tərəfindən verilib. Gondərişdə "Toru " ləqəbli azyaşlının müalıcə və müayinəsi üçün özəl klinikaya göndərilməsi və guya vətəndaşın ödəməli olduğu , ödədiyi məbləğ göstərilir. Ən aşağida olan isə "Sevgi evi" qadın və uşaq sığinacağının rəhbəri Könül Qasımovanın imzasıdır.Göndərişdə olan uyğunsuzluq ilk baxışdan quruma aid olmadığını bağırsa da, biz yenə də əmin olmaq üçün Səhiyyə Nazirliyinə sorğu göndərdik. Cavab məlumdur. "Elmi-Tədqiqat Pediatriya İnstitutundan verilən məlumata görə institutda belə bir xəstə müalicədə olmayıb, təqdim edilən sənəd və sənəddə göstərilən borc müəssisəyə aid deyil." Düşündüyümüz kimi də oldu. Nazirliyin həmin sənədin kim tərəfindən verilməsi, kərgüzar Quliyevanın göndərişlə hansı əlaqəsinin olub olmamasını araşdirmaq öz işidir. Amma Azərbaycan Respublikasının Baş Prokurorluğu na bir vətəndaş kimi məlumat verim ki, bu göndərişdən 4 ədəd müxtəlif tarixlərə hazırlanaraq xeyli pul toplanıb.
12 avqust 3353 AZN
29 iyul 2267 AZN
23 avqust 2867 AZN
02 avqust 3253 AZN Bunlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nin "bizə aid deyi"l dediyi gondərişlərdə yazılan tarixlər və məbləglərdir.
Göndərişlərdən belə nəticəyə gəlmək olar ki, İyul-avqust aylarında toplam 7000 AZN -dən çox pul toplanıb.
Xahiş edirəm aidiyyati qurumlar məsələni nəzarətə götürsünlər. Digər ğöndərişləri təqdim etməyə hazıram.
#bakufakt #sonxeber#gündəm #şikayət
Www.bakufakt.az Bakufaktaz@gmail.com