KRİMİNAL
Tanınmış qanuni oğru Opasni Roma azadlıqda
Tanınmış kriminal avtoritet Opasni Roma yenidən azadlıqda.
Keçən ilin oktyabrında saxlanılan bir qrup qanuni oğru azadlığa çıxıb.
Azad olunanların arasında azərbaycanlı qanuni oğru Opasni Roma da var. Bu barədə teleqram kanalları məlumat yayıb. Belə ki, 2022- ci ildə Avstriyanın Vyana şəhərində polisin keçirdiyi əməliyyat zamanı 64 kriminal aləmin üzvü saxlanılmışdı. "Sxodka" zamanı ələ keçirilən yeraltı dünyanın adamlarının bəziləri sərbəst buraxılsa da, əksəriyyəti məhkəmənin qərarı ilə həbsxanaya göndərilib.
Qeyd edək ki, əslən Şəkidən olan Opasni Roma bir vaxtlar Rövşən Lənkəranskinin yaxın adamlarından olub.
Azadlığa çıxmış qanuni oğru hazırda Londondakı malikanəsində məskunlaşıb və müalicəsini davam etdirir.