Azad Media Susdurula Bilməz!
DTX rəisi Əli Nağıyevə, daxili işlər naziri Vilayət Eyvazova və baş prokuror Kamran Əliyevə KOLLEKTİV MÜRACİƏT
KRİMİNAL

DTX rəisi Əli Nağıyevə, daxili işlər naziri Vilayət Eyvazova və baş prokuror Kamran Əliyevə KOLLEKTİV MÜRACİƏT

Gəncənin bir qrup sakini hüquq mühafizə orqanlarının rəhbərlərinə kollektiv müraciət ünvanlayaraq Quliyev Məzahir İl 
DTX rəisi Əli Nağıyevə, daxili işlər naziri Vilayət Eyvazova və baş prokuror Kamran Əliyevə KOLLEKTİV MÜRACİƏT

Gəncənin bir qrup sakini hüquq mühafizə orqanlarının rəhbərlərinə kollektiv müraciət ünvanlayaraq Quliyev Məzahir İlqar oğlu tərəfindən külli miqdarda pulun mənimsənildiyini, əlaqədar qurumlara edilən şikayətlərin araşdırılmadığını bildiriblər. 
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, daxili işlər naziri Vilayət Eyvazova, baş prokuror Kamran Əliyevə ünvanlanan müraciətdə şikayətçilər bildiriblər ki, atasının tutduğu yüksək vəzifəyə arxayın olan Quliyev Məzahir İlqar oğlu müxtəlif dövrlərdə və müxtəlif adlar altında onlardan aldığı vəsaiti geri ödəməkdən imtina edir. Məmur oğlunun qanunsuz hərəkətləri ilə bağlı yerli hüquq mühafizə orqanlarına göndərilən şikayətlərə baxılmır və bunda pulları mənimsəyən şəxsin məmur atasının təsiri var. 
Belə ki, Ramiz Ələkbərovun 21390, Elşən Mehdiyevin 15700, Samir Həsənovun 5300, Sənan Hüseynovun 1000, Nicat Avazovun 5500, Vüsal Salmanovun 13000, Vüqar Tağıyevin17000 manatını mənimsəyən məmur oğlu vəsaiti geri ödəməkdən açıq-aşkar imtina edir. Məmur oğlu insanların etibarından sui-istifadə edərək mənimsədiyi pullarla Bakıda lüks həyat sürür, onunla bağlı şikayətlərə  atasının vəzifəsi səbəbilə baxılmayacağını bildirərək şikayətçilərə hətta hədə-qorxu gəlməkdən də çəkinmir. Bu azmış kimi, Quliyev Məzahirin məmur atası da oğlunun qanunsuz hərəkətlərinə haqq qazandıraraq hər vasitə ilə şikayətlərin araşdırılmasını əngəlləyir. 
Şikayətçilərin bildirdiyinə görə, Quliyev Məzahirin aldadaraq pulunu mənimsədiyi şəxslərin siyahısı daha uzundur. Şikayətçilərin bəziləri onun yalan vədləri və  hədə-qorxuları səbəbindən hələlik rəsmi orqanlara müraciət etməyib. Redaksiyamıza daxil olan şikayətin araşdırılması üçün qarşı tərəflə- Məzahir Quliyevlə dəfələrlə əlaqə saxlasaq da, o, barəsində deyilənlərə cavab verməyib. Bununla belə,  şikayətin mətbuatda işıqlandırılmaması üçün rüşvət təklif etməkdən də çəkinməyib.
Müraciət müəllifləri atasının qulluq mövqeyindən sui-istifadə edərək vətəndaşların pulunu mənimsəyən Məzahir Quliyevlə bağlı şikayətlərin araşdırılacağına, ciddi tədbir görüləcəyinə ümid edir.

IRON MAX AZERBAIAN