Azad Media Susdurula Bilməz!
Bakıda şadlıq saraylarında keyfiyyət düşüb, qiymətlər bahalaşıb
İQTİSADİYYAT

Bakıda şadlıq saraylarında keyfiyyət düşüb, qiymətlər bahalaşıb

Bakıda şadlıq saraylarında qiymətlər orta hesabla 6 faiz bahalaşıb.

Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəzin aprel və mayın ilk yarısı üçün apardığı monitorinqlərə əsasən, sözügedən müddətdə şadlıq saraylarında sifarişlərin sayı 72% azalıb. Bu, Ramazan ayında və daha sonra may ayında toyların sayının kəskin azalması ilə əlaqələndirilir.

Eyni zamanda qeyd olunan müddətdə qiymət və keyfiyyət üzrə monitorinq aparılıb. CESD-in monitorinqinə görə, aprel və mayın birinci yarısında toy və şənliklərin sayının azalmasına baxmayaraq, menyuların qiyməti orta hesabla 6 faiz bahalaşıb. 40 manatadək olan menyularda qiymət artımları 4 faiz, 40-80 manat arasındakı menyularda 6 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 8 faiz olub.

Eyni zamanda, monitorinqlər zamanı xidmət keyfiyyətinin azalması müşahidə edilib. Belə ki, ötən müddətdə personalın sayında müşahidə edilən azalma xidmətin keyfiyyətinin aşağı düşməsinə səbəb olub

IRON MAX AZERBAIAN