İQTİSADİYYAT
Təhsil Nazirliyinə 1 milyon manat ayrıldı
Azərbaycan Prezidenti İlham Əliyev Füzuli Peşə Liseyinin binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sənədə əsasən, Füzuli Peşə Liseyinin binasının layihələndirilməsi və tikintisi məqsədilə 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılacaq.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb