Azad Media Susdurula Bilməz!
Azərbaycanlı bankir Amerika Banklar Assosiasiyasının “Gələcək Liderlər - 2022” proqramını bitirdi
İQTİSADİYYAT

Azərbaycanlı bankir Amerika Banklar Assosiasiyasının “Gələcək Liderlər - 2022” proqramını bitirdi

Artıq 7 ildir ki, Amerika Banklar Assosiasiyasının törəməsi olan BAFT (The Bankers Association for Finance and Trade) tərəfindən “BAFT Future Leaders Program” (BAFT Gələcək Liderlər Proqramı) layihəsi həyata keçirilir. Assosiasiyanın builki proqramına qatılan "Kapital Bank"ın texnoloji həllər ofisinin rəhbəri Fərid Səmədov proqramı uğurla başa çatdırıb.

“Gələcək Liderlər – 2022” proqramının bitməsi ilə əlaqədar ABŞ-nin Vaşinqton şəhərində keçirilən İllik Toplantı zamanı Fərid Səmədov da daxil olmaqla proqramın bütün məzunlarına xüsusi mükafatlar təqdim olunub. “Gələcək Liderlər” proqramında dünyanın 22 ölkəsindən ümumilikdə 35 iştirakçı məzun adını qazanıb.

“Gələcək Liderlər” proqramının məqsədi davamlı transformasiyadan keçən bank sənayesində potensiallı liderləri müəyyən edərək, onların inkişafına dəstək verməkdir. BAFT dünyanın 60 ölkəsində 280 maliyyə institutu və qeyri-bank təşkilatları ilə əməkdaşlıq edir ki, bu da seçimlər zamanı coğrafi müxtəlifliyi nəzərə almağa və proqrama fərqli təcrübəyə sahib peşəkarların cəlb edilməsinə imkan verir

IRON MAX AZERBAIAN