Azərbaycanda bağ mövsümü başlayır - Qiymətlər münasibdirmi?
Azərbaycanda bağ mövsümünün başlamasına sayılı günlər qalıb.
Bir azdan havaların istiləşməsi insanları şəhər kənarına üz tutmağa, vaxtlarını bağ evlərində keçirməyə sövq edəcək.
Söz yox ki, Bakıda yaşayanların az qisminin - imkanlı təqəbəsinin Abşeronda, dəniz kənarında və yaxud dənizə yaxın ərazilərdə həyət evi var. Bu cür əmlaka sahib olmayanlar isə bir qayda olaraq bağ evlərinin kirayəsi bazarına üz tutur, münasib qiymətə bir ay da olsa bağda yaşamağa çalışırlar. Bəs kirayə bazarında qiymətlər münasibdirmi?
“Report” bu suala cavab tapmaq üçün daşınmaz əmlak bazarı üzrə ekspertlərlə həmsöhbət olub.
“Kirayə bazarında rəqabət güclənib”
Onlardan biri, Elnur Azadov hesab edir ki, bu il bağların kirayə qiymətləri ötən illə müqayisədə aşağı olacaq:
“Son iki-üç ildə Azərbaycanda bağ evlərinin tikilməsinə xeyli investisiya qoyulub, iş adamları bu sahədə fəallıq göstəriblər. Son nəticədə kirayə bazarı bir ilə təxminən 10% böyüyüb və bazarda rəqabət güclənib. Odur ki, bu il qiymətlərin ötən illə müqayisədə aşağı olacağı gözlənilir.